Dünya
Aİ narahatdır: Tramp ittifaqı müttəfiq yox, düşmən hesab edir
ABŞ prezidenti Donald Tramp Aİ-ni müttəfiq kimi yox, əksinə, ölkənin düşməni kimi görür.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Pais” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Tramp Aİ-nin ABŞ-ı “narahat etmək” üçün yaradıldığını deyib. Onun sözləri ittifaqda narahatlıq yaradıb. Qəzet qeyd edir ki, Trampın sözləri blokla ticarət müharibəsi fonunda Avropa qurumlarına göstərdiyi nifrəti ifadə edir.
“Trampın artıq Aİ-ni müttəfiq yox, düşmən hesab etdiyinə dair daha çox əlamət var”, - Brüsseldəki adı açıqlanmayan mənbə qeyd edib.
Qəzet Trampın Aİ ilə bağlı sözlərinə cavab olaraq Avropa liderlərinin reaksiyalarını da təsvir edir. Xüsusilə Polşanın baş naziri Donald Tuskun reaksiyasını xatırladıb və o, Aİ-nin “heç kəsi qınamaq fikrində olmadığını” söyləyib.
Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Vaşinqtonun avtomobillər də daxil olmaqla, Avropa İttifaqından gələn mallara 25 faizlik gömrük rüsumunun tətbiqinə qərar verəcəyini bildirib.
Adəm
-
Magazin120:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü







.webp)




























