Dünya
Meloni ilə Tramp arasında gərginlik: Makron üçün yeni imkan yarandı
İtaliyanın Baş naziri Corcia Meloni ilə ABŞ prezidenti Donald Tramp arasında baş verən açıq mübahisə Meloninin Fransa prezidenti Emmanuel Makronla yaxınlaşmasına zəmin yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri keçmiş fransalı məmura istinadən məlumat yayıb.
Gərginlik Trampın G7 sammitində Meloninin onunla birgə şəkil çəkdirmək üçün israr etdiyini iddia etməsindən sonra başlayıb. İtaliya hökumətinin başçısı isə bu açıqlamanı “tamamilə uydurma hekayə” adlandırıb.
Buna cavab olaraq Tramp Meloninin ABŞ-la münasibətləri yenidən yaxşılaşdırmaq və bunun hesabına siyasi reytinqini artırmaq niyyətinin uğursuz olacağını bildirib.
Keçmiş fransalı məmurun sözlərinə görə, Makron hələ 2022-ci ildə Meloni ilə münasibətləri inkişaf etdirməyə çalışsa da, o zaman İtaliya tərəfi buna maraq göstərməyib. Lakin hazırkı gərginlik fonunda Roma ilə Paris arasında yaxınlaşma üçün daha əlverişli şərait yarana bilər.
Müəllif: Adəm
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)


.jpg)



.webp)



















