Dünya
"BAZARLIQ" BAŞLADI - Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur
Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.
Publika.az "Sky News"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bunu və ya bunu kim alacaq? Bu asan proses deyil", - Amerika lideri təfərrüatlara varmadan dyib.
ABŞ lideri həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO-ya qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb ki, cavabın nə olduğunu hamı bilir və 40 ildir ki, cavabı bilir.
Tramp bildirib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.
Martın 13-də Rusiya Prezidenti Vladimir Putin də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra Rusiyanın atəşi dayandırmağa hazır olduğunu, lakin bu qərarın uzunmüddətli sülhə gətirib çıxaracağı şərti ilə bəyan edib.
Bundan əlavə, Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs müddətində Ukrayna hakimiyyətinin hərəkətlərinə nəzarət yaratmaq lazımdır, çünki onlar bu vaxtdan ordunun yeni səfərbərliyi və yenidən silahlanması üçün istifadə edə bilərlər.
Hüseyn İbadlı
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı
-
Dünya7 Avqust 17:11Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı



























.jpg)








