Dünya
Zelenski planını açıqladı - Diqqətçəkən Türkiyə tələbi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdən sonra mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, Zelenski Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ABŞ, Rusiya və Ukrayna arasındakı razılaşmanın dərhal qüvvəyə mindiyini söyləyib.
Lakin o, Rusiyanın razılaşmaları təhrif etməyə başladığını iddia edib. Qeyd edib ki, Rusiyanın razılaşmaları pozacağı təqdirdə ABŞ prezidenti Donald Trampdan silah dəstəyi və Rusiyaya qarşı sanksiyalar tələb edəcəklər: "ABŞ tərəfi bu razılaşmaların onların açıqlamalarından sonra qüvvəyə mindiyini düşünür. Ancaq Rusiyanın bu qaydalara əməl edəcəyinə inanmıram".
Zelenski Türkiyənin Qara dənizdə atəşkəsin nəzarətinə, Yaxın Şərq ölkələrinin isə enerji infrastrukturu ilə bağlı atəşkəsə daxil edilə biləcəyini, lakin bu məsələlərin hələ bu ölkələrlə müzakirə edilmədiyini vurğulayıb.
Ölkə başçısı son olaraq bildirib ki, Ukrayna razılaşmaları yerinə yetirmək üçün hər şeyi edəcək, lakin Rusiya hücumlarını davam etdirərsə, bunun cavabını alacaq.
Roza
-
Magazin208:48Rep pioneri vəfat etdi - FOTO
-
Magazin206:1611 milyon qonorarı geri qaytaracaq - FOTO
-
ABŞ03:43Tramp İranı razılaşmanı pozmaqda günahlandırdı
-
Avto02:12Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
-
Magazin100:45“Səhnə zəifləri deyil, hazır olanları sevir” - FOTO
-
Magazin100:15Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Önəmli xəbərlər gələ bilər
-
Sosial9 Aprel 22:48Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA




















.jpg)












