Dünya
Kainatın ən saf ulduzu aşkar edildi
Karnegi Elm İnstitutu və Çikaqo Universitetinin astronomları, Yerdən təxminən 80 min işıq ili uzaqlıqda yerləşən və “SDSS J0715-7334” adlandırılan ulduzun son dərəcə saf bir quruluşa malik olduğunu, demək olar ki, tamamilə hidrogen və heliumdan ibarət olduğunu aşkar ediblər.
Publika.az “2N News”a istinadla xəbər verir ki, bu barədə məqalə 3 aprel tarixində "Nature Astronomy" jurnalında dərc olunub.
İlkin analizlərə görə, ulduzun kimyəvi tərkibi onun kosmik tarixin çox erkən dövrlərində formalaşdığına işarə edir. Bu, indiyədək müşahidə edilən ən yaşlı ulduzlardan biri ola bilər.
Sonrakı tədqiqatlar ulduzun Süd Yolunun ən böyük peyk qalaktikası olan Böyük Magellan Buludunda yarandığını və milyardlarla il əvvəl bizim qalaktikamıza köç etdiyini göstərib.
Hesablamalara əsasən, SDSS J0715-7334 ulduzundakı metal (hidrogen və heliumdan daha ağır elementlər) miqdarı Günəşdəki miqdarın cəmi 0,005 faizini təşkil edir.
Hüseyn İbadlı
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər




























.png)


.jpg)




