Nida Təhlil
Paşinyanı devirmək üçün "seçki hiyləsi" hazırlanır - Akopyan detalları açdı
Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkilərdə səslərin 50 faizindən çoxunu qazanmaq şansı yoxdur.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Vigen Akopyan çıxış edib.
O, son rəy sorğularına istinadən belə düşündüyünü bildirib.
“Hər iki vətəndaşdan biri hakim partiyanın iqtidarda qalmasını istəmir. Hakimiyyətin koalisiya yarada biləcəyi tərəfdar partiyaları da çox pis nəticələr göstərir. Araşdırmalara görə, bu partiyalar minumum həddi keçə bilməyəcək. Seçkidə yüksək fəallıq olarsa, hakimiyyət üçün vəziyyət daha da pisləşəcək”, - o bildirib.
“Gallup İnternational”ın Ermənistan ofisinin sorğularına əsasən seçkidə 60 faiz fəallıq olacağı gözlənilsə də, Akopyan bunun qeyr-real olduğunu düşünür.
Onun fikrincə, hakimiyyət 50 faizdən çox səs toplaya bilməsə, müxalifətin seçkidən sonra birləşmə ehtimalı yüksəkdir: “Əvvəlki bələdiyyə seçkilərinin təcrübəsi göstərdi ki, hakim partiya səslərin yarısından çoxunu toplaya bilmədikdə, rəqiblərin ümumi nəticələri yerli idarəetmə orqanını götürməyə imkan verir. Oxşar ssenari iyun ayında keçiriləcək parlament seçkilərində də təkrarlana bilər”.
Erməni ekspertin iddiasına görə, müxalifət qüvvələrinin vahid cəbhədən çıxış etməməsinin müsbət və mənfi tərəfləri var.
“Mənfi tərəflər müxalifətin səslərinin dağılmasıdır. Lakin müsbət tərəfələri daha çoxdur. Misal üçün, birləşmiş seçki dairələri olarsa, bir müxalifət qüvvəsini dəstəkləyən, lakin digərinə qarşı çıxan seçicilər tərəddüdə düşə bilərlər. Seçkilərdən sonra bu qüvvələr parlamentə daxil ola bilsələr, səslərini birləşdirə və sadə səs çoxluğu qazana bilməyən hakim partiyanı devirə bilərlər. Birləşmiş seçki dairələri həm də hakimiyyətin müxalifət ittifaqını seçkilərdə qeydiyyata almaması riskini də yaradır”, - o bildirib.
Qeyd edək ki, “Gallup İnternational” şirkətinin Ermənistan ofisinin son sorğusunda Paşinyanın komandası öndə olub. Sorğuda iştirak edən respondentlərin 24,3 faizi hakim partiyaya, 13,4 faizi “Güclü Ermənistan”, 7,9 faizi “Çiçəklənən Ermənistan” partiyalarına səs verəcəklərini bildirib. Robert Koçaryanın “Ermənistan” bloku isə 5,5 faiz səs toplayıb.
Müəllif: Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


