Dünya
“Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir“
"Mən Azərbaycana 2003-cü ildən səfər edirəm, ölkənin Daxili İşlər Nazirliyi və polis ilə əməkdaşlıq edirəm və demək olar ki, bu baxımından Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biridir və Azərbaycan vətəndaşları bu faktla fəxr etməlidirlər", - Nobl Azərbaycan media nümayəndələrinə müsahibədə deyib.
Nobl bildirib ki, "Eurovision" müsabiqədən 8-9 ay əvvəl Interpol Azərbaycanın Daxili İşlər Nazirliyi ilə birgə müsabiqədə təhlükəsizliyin təmin olması sahəsində işləməyə başlayıb.
"Mən sizə demək istəyirəm ki, burada çox böyük təhlükəsizlik tədbirləri görünüb və Azərbaycanla İnterpol arasında əməkdaşlıq yüksək səviyyədədir", - o deyib.
Nobl deyib ki, ölkəyə daxil olan hər bir xarici vətəndaşın şəxsiyyəti məlumat bazası ilə müəyyən edilir və buna görə Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir və vətəndaşlar ilə qonaqlar özlərini rahat və komfortlu his edə bilərlər.
O hesab edir ki, beynəlxalq və regional səviyyədə ölkəyə daxil olan xarici vətəndaşlarının şəxsiyyətinin müəyyən edilməsi müasir dünyadakı təhlükələrə qarşı vacib amildir.
"Bu məsələdə Azərbaycan xarici vətəndaşların sənədlərinin etibarlılığını, onların İnterpol tərəfindən axtarışda olub olmamasını yoxlamaq məqsədi ilə ən müasir avadanlıqdan istifadə edir", Nobl deyib.
Nobl bildirib ki, təhlükəsizliklə bağlı müasir avadanlığın tətbiq edilməsi sahəsində Azərbaycan birincilər sırasındadır.
Publika.Az
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
Avropa13:53Naməlum uçan obyektə görə NATO qırıcılarını havaya qaldırdılar
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır



































