Dünya
Netanyahudan Trampın yanında vacib Türkiyə açıqlaması: İstəmirik ki...
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Oval kabinetdə keçirdikləri görüşdə mətbuat mənsublarına gündəmə dair qiymətləndirmələr ediblər.
Publika.az xəbər verir ki, Netanyahu Trampla Suriyadakı vəziyyəti müzakirə etdiyini bildirib.
“Biz Suriyadakı vəziyyəti də müzakirə etdik. Türkiyə ilə pisləşən qonşuluq münasibətlərimiz var. Biz istəmirik ki, Suriya heç kimin, o cümlədən Türkiyə tərəfindən İsrailə qarşı hücumlar üçün baza kimi istifadə edilsin. Türkiyə ABŞ-la əla münasibətləri olan ölkədir.
Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə münasibətləri var. Bu münaqişənin qarşısını müxtəlif yollarla necə ala biləcəyimizi müzakirə etdik. Suriyada Türkiyə ilə üz-üzə gəlmək istəmirik”, - deyə o qeyd edib.
Donald Tramp isə İran məsələsini ətraflı müzakirə etdiklərini söyləyib:
"Bu gün İranla bağlı məsələləri müzakirə etdik. İranla birbaşa danışıqlarımız var, bunlar hazırda davam edir, şənbə günü də davam edəcək. Düşünürəm ki, hamı razılaşmaya üstünlük verməyin tərəfdarıdır. Ümid edirəm ki, bu danışıqlar uğurlu olar".
Roza
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA






























.jpg)


