İran ABŞ-la danışıqlar üçün ünvan verdi - Vaşinqtonun qərarı gözlənilir
Bizi izləyin

Dünya

İran ABŞ-la danışıqlar üçün ünvan verdi - Vaşinqtonun qərarı gözlənilir

İran ABŞ-la danışıqlar üçün ünvan verdi - Vaşinqtonun qərarı gözlənilir

İran və ABŞ arasında dolayı danışıqların tarixi və yeri məlum olub.

Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında məlumat verib.

Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlar aprelin 12-də Omanda başlayacaq:

"İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlarda görüşəcək. Bu, həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydanındadır".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən Tehranda keçirdiyi mətbuat konfransında Vaşinqtonun təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı qərarını gözlədiklərini bildirib. Bekayi də Omanın vasitəçilik üçün əsas namizəd olduğunu deyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm