Dünya
ABŞ-İran danışıqları: Tehran müvəqqəti razılaşma təklif edir
İran ABŞ-la yekun nüvə razılaşmasına çatmazdan əvvəl müvəqqəti razılaşmanın mümkünlüyünü nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.
Bildirilib ki, Tehran tammiqyaslı danışıqlar başlamazdan əvvəl iki tərəfin üzərində işləməsi üçün müvəqqəti razılaşma təqdim etməyi planlaşdırır.
Məlumata görə, İran rəsmiləri ABŞ prezidenti Donald Trampın təyin etdiyi iki aylıq müddət ərzində mürəkkəb nüvə sazişinin əldə edilməsinin real olmadığını düşünürlər. Buna görə də, mümkün gərginlikdən qaçmaq üçün daha çox vaxt qazanmağı hədəfləyirlər.
Müvəqqəti razılaşma İranın uranın zənginləşdirilməsi üzrə bəzi fəaliyyətlərini dayandırmasını, zənginləşdirilmiş uran ehtiyatını 60 faiz azaltmasını və BMT-nin müfəttişlərinə nüvə obyektlərinə geniş çıxış imkanı verməsini əhatə edə bilər.
Xatırladaq ki, İran xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də İran və ABŞ nümayəndələrinin Omanda yüksək səviyyəli dolayı danışıqlar aparacağını açıqlamışdı.
Roza
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)











.jpg)
















