ABŞ-dan Suriya ilə bağlı qərar: iki ay ərzində...
Bizi izləyin

Dünya

ABŞ-dan Suriya ilə bağlı qərar: iki ay ərzində...

ABŞ-dan Suriya ilə bağlı qərar: iki ay ərzində...

Vaşinqtonun Təl-Əviv administrasiyasına 2 ay ərzində qoşunları mərhələli şəkildə Suriyadan çıxarmağa başlayacağı barədə məlumat verdiyi iddia edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti yazıb.

İddiaya görə, İsrail Türkiyənin yeni Suriyada daha çox strateji aktivləri ələ keçirəcəyindən qorxaraq ABŞ-ın geri çəkilmək addımını əngəlləməyə çalışıb.

Xəbərdə ABŞ prezidenti Donald Trampın daha əvvəl Suriyadan qoşunları çıxarmaq niyyətini açıqladığı xatırladılıb. Həmçinin uzun müddətdir geri çəkilmə planları üzərində işləyən və onları həyata keçirməyə hazırlaşan Pentaqonun bu barədə israilliləri məlumatlandırdığı bildirilib. İsrail rəsmilərinin ciddi narahatlıqlarını ifadə etdikləri, lakin bunun ABŞ-ın geri çəkilmə qərarına təsir etmədiyi qeyd edilib.

Türkiyənin İsrailin Suriyada hərəkət azadlığını məhdudlaşdıracağı və gələcəkdə işğal etdiyi Suriya əraziləri üçün potensial təhlükə yarada biləcəyi ehtimalının Təl-Əvivi qorxuya saldığı vurğulanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm