Dünya
Rusiyaya görə uduzublar? - İsveçdə sağçı partiya seçkidən sonra hədəfdə
İsveçdə keçirilən parlament seçkilərində məğlub olan “İsveç Demokratları” (SD) partiyasının uğursuzluğunda Rusiya ilə əlaqələrə dair ittihamların rol oynadığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin məlumatına görə, seçki kampaniyasının son günlərində SD Rusiyanın mümkün təsirinin partiyaya nüfuz etməsi ilə bağlı qalmaqalın mərkəzində olub. Qeyd edirlir ki, belə amil İsveç siyasətində seçicilərin partiyadan uzaqlaşmasına səbəb ola bilər.
Məqalədə vurğulanır ki, bəzi Avropa sağçı partiyaları Rusiyaya yaxın siyasət yürütmələrinə baxmayaraq, seçkilərdə ciddi itkilərlə üzləşmirlər. İsveçdə isə vəziyyətin fərqli olduğu bildirilir. Buna səbəb kimi ölkədə Rusiyanın “bir nömrəli təhdid” hesab edilməsi göstərilir.
Qeyd edək ki, sentyabrın 17-də İsveçin baş naziri Ulf Kristersson parlament seçkilərində sol mərkəzçi partiyalardan ibarət müxalifət blokunun qələbəsindən sonra istefa verib.
Seçkilərdə qalib gələn koalisiyanın rəhbəri, İsveç Sosial-Demokrat Fəhlə Partiyasının lideri Maqdalena Andersson Rusiyanı İsveçin təhlükəsizliyi üçün ən böyük təhdid adlandırıb. O, həmçinin Ulf Kristerssondan “İsveç Demokratları” partiyasının Rusiya ilə əlaqələrinə dair iddialarla bağlı tədbir görməsini tələb edib.
Müəllif: Adəm Abbaslı
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır










.jpg)


.jpg)


















.jpg)


