Dünya
Almaniyanı silkələyən Elifin qərarının pərdəarxası: Anası hər şeyi açıqladı
Xəbər verdiyimiz kimi, türk əsilli namizəd Elif Eralpın rəhbərlik etdiyi Almaniyanın Sol Partiyası ("Die Linke") Berlin seçkilərində birinci yerə çıxaraq tarixi nəticə əldə edib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, bu nəticədən sonra Elif Eralpın anası Hülya Eralp qızının uğurundan danışıb.
Onun sözlərinə görə, Elif uşaqlıqdan ədalət və insan hüquqları məsələlərinə xüsusi həssaslıq göstərib. “Ən kiçik bir ədalətsizlik görəndə müdaxilə edərdi. Hamı deyirdi ki, sən mütləq hüquqşünas olacaqsan, insan hüquqlarını müdafiə edəcəksən”, - deyə Hülya Eralp qeyd edib.
Elif Eralpın siyasətə marağının ailə mühitində formalaşdığını bildirən anası onların uzun illər irqçiliyə qarşı mübarizə apardıqlarını və miqrantlara dəstək verdiklərini söyləyib. Onun sözlərinə görə, hüquq təhsilindən sonra insan hüquqları sahəsində çalışan Elif Eralp təxminən 10 il Almaniya Federal Məclisində (Bundestaq) insan hüquqları üzrə vəkil kimi fəaliyyət göstərib. Daha sonra Sol Partiyanın təklifini qəbul edib və Berlin üzrə baş nazirliyə namizəd göstərilib.
Anası Elifin namizəd olmaq qərarını uzun müddət düşündüyünü bildirib: “Çox düşündü, Hamımızdan soruşdu. Biz də “Bu, tarixi bir hadisədir, sən namizəd olmalısan” dedik. Beləliklə, qəbul etdi”.
Hülya Eralp Almaniyadakı miqrantlara da öz hüquqlarını müdafiə etmələri və irqçiliyə qarşı mübarizə aparmaları çağırışı edib. O, həmçinin miqrantların siyasi proseslərdə daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
Müəllif: Roza
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər


































