Dünya
Putin bu ölkənin prezidenti ilə ilk dəfə görüşdü
1985-ci ildə diplomatik əlaqələr quran Rusiya ilə Oman arasında ilk yüksək səviyyəli görüş bu gün Moskvada keçirilir.
Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan Oman sultanı Heysəm bin Tariq Əl Səidlə Kreml sarayında görüşüb.
Bu, Rusiya ilə Oman arasında 40 illik diplomatik münasibətlərdə ən yüksək səviyyədə ilk görüşdür. Putinin Əl Səidlə yeganə telefon danışığı 2023-cü il martın 23-də baş tutub. Bu, diplomatik münasibətlərin qurulmasından sonra ən yüksək səviyyədə ilk ikitərəfli təmas olub.
Putin Əl Səidi Rusiya ilə ərəb ölkələri arasında bu il keçirilməsi planlaşdırılan sammitə dəvət edib. Rusiya lideri enerji sektorunda Omanla əməkdaşlıqda əlavə addımların atılmasını gözlədiklərini bildirib:
“Rusiya şirkətləri Omanla əlaqələrin inkişafına böyük maraq göstərirlər. Ticarət-iqtisadi əlaqələr sahəsində görüləsi işlər çoxdur. Lakin hazırda logistika, nəqliyyat, qarşılıqlı investisiyalar, kənd təsərrüfatı sahəsində əlaqələrimizi inkişaf etdirmək imkanı var. Bu istiqamətlər üzrə işlər həmkarlarımız, o cümlədən hər iki tərəfin dövlət fondları səviyyəsində əməkdaşlıqda aparılır".
Roza
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı

























.jpg)













