Dünya
Ekspertlərdən xəbərdarlıq: İki nüvə ölkəsi arasında gərginlik arta bilər
Xəbər verdiyimiz kimi, dünən gecədən etibarən Hindistan Pakistanda doqquz hədəfə zərbə endirdiyi "Sindoor" əməliyyatı başladıb.
Publika.az xəbər verir ki, analitiklər sözügedən hücumların qarşıdakı günlərdə daha da artma riski ilə bağlı xəbərdarlıq ediblər.
Amerikalı xarici siyasət eksperti Maykl Kuqelman “X” platformasındakı yazısında bu məsələyə toxunub: "Hindistanın hücumları 2019-cu ildəkindən daha böyük miqyasdadır. Pakistanın cavabı da eyni dərəcədə sərt olacaq. Tərəflər 2019-cu il böhranının hər hansı digər nöqtəsindən daha təhlükəli vəziyyətdədirlər”.
Pakistanın keçmiş xarici işlər naziri Hina Rabbani Xar “Dawn” qəzetinə verdiyi açıqlamada Hindistanın beynəlxalq hüquqa məhəl qoymadığını söyləyib: "Pakistanın bu təcavüzkar qonşuya cavab vermək hüququ və gücü var."
Ekspertlər nüvə enerjisinə malik iki ölkə arasında gərginliyin sürətlə artması riskinə diqqət çəkərək beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıblar.
Roza
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü


































.jpg)


