Dünya
Bədəndə qəfil dəyişikliklər: Bu iki yaş dövrünə xüsusi diqqət yetirin
İnsan bədəninin müəyyən yaş dövrlərində qəfil bioloji dəyişikliklər yaşadığı müəyyən edilib.
Publika.az xəbər verir ki, bu nəticə Stanford Universitetində aparılan tədqiqat zamanı ortaya çıxıb.
Tədqiqatın rəhbəri, alim Maykl Snaider bildirib ki, insan orqanizmi həyat boyu iki əsas dəyişiklik mərhələsindən keçir. Bu mərhələlər təxminən 44 və 60 yaşlara təsadüf edir.
Araşdırmaya görə, həmin dövrlərdə bədəndə “ani sıçrayışlar” baş verir və hüceyrə quruluşundan tutmuş metabolizmə qədər bir çox sistem eyni vaxtda dəyişir.
108 nəfər üzərində aparılan uzunmüddətli müşahidələr zamanı 135 mindən çox bioloji göstərici analiz edilib. Nəticələr göstərib ki, Alzheimer və ürək-damar xəstəlikləri kimi risklər də məhz bu yaşlardan sonra kəskin şəkildə artır.
Xüsusilə 44 yaş ətrafında yağ, alkoqol və kofein metabolizmasında ciddi dəyişikliklər qeydə alınıb. 60 yaşdan sonra isə immun sistemi, böyrək funksiyaları və karbohidrat mübadiləsində daha güclü zəifləmə müşahidə olunur.
Alimlərin fikrincə, bu nəticələr qocalmanın xətti deyil, mərhələli və bioloji keçidlərlə baş verən bir proses olduğunu göstərir.
Müəllif: Roza
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…












.jpg)

.jpg)

.jpg)


















