Dünya
Bu ölkənin hərbçiləri rus dilində danışacaq: Kurslar başladı
İndoneziya ordusunun zabitləri rus dilinin öyrənilməsi üzrə intensiv kurs keçəcəklər.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Həmkarlar İttifaqının (“Rossotrudniçestvo”) Cakartadakı nümayəndəsi Nikita Şilikov bildirib. O deyib ki, təlim bu yay başlayacaq.
Şilikovun sözlərinə görə, belə razılaşmalar Respublikanın Müdafiə Nazirliyi ilə İndoneziyadakı "Rus Evi" arasında əldə olunub. Saziş ikitərəfli görüş zamanı bağlanıb.
“Görüşdə 2025-ci ilin iyun ayında İndoneziya silahlı qüvvələrinin zabitləri üçün intensiv rus dili kursunun başlaması barədə razılıq əldə olunub”, - Şilikov qeyd edib.
Kurs xüsusi olaraq hərbi mütəxəssislər üçün uyğunlaşdırılmışdır. Mənbənin sözlərinə görə, bu, iki dövlət arasında “peşəkar ünsiyyətin inkişafı və strateji tərəfdaşlığın gücləndirilməsi” üçün lazımdır. Görüş zamanı tərəflər humanitar əməkdaşlığın da genişləndirilməsinin zəruriliyini qeyd ediblər.
Şilikov bildirib ki, hazırda rus dili müəllimlərinin sayının artırılması məsələsi həll olunur. Görülən ikitərəfli səylər iki xalq arasında maneələrin aradan qaldırılmasına kömək edəcək. O, İndoneziya hərbçilərinin tezliklə rus dilində ünsiyyət qurmağa başlamasından sevindiyini bildirib.
Adəm
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik












.jpg)





















