Nida Təhlil
Yeni sərmayə, iqtisadi dividentlər... - WUF13 Azərbaycana daha nələr qazandıra bilər?
Bakıda keçirilən BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) yalnız urbanizasiya və şəhərsalma sahəsində deyil, həm də iqtisadi və investisiya baxımından Azərbaycanın imkanlarının təqdimatı üçün mühüm platforma hesab olunur. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin iştirak etdiyi forum beynəlxalq miqyasına görə ilin ən böyük tədbirlərindən sayılır.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, WUF13 iştirakçı sayına görə dünyanın ən böyük beynəlxalq forumlarından biridir.
Onun sözlərinə görə, Forumun Azərbaycanda keçirilməsi kifayət qədər vacib hadisələrdən biridir: "Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ən böyük forumlardan hesab olunur. Burada 40 minə qədər xarici qonaq iştirak edir. Ona görə də iştirakçılıq baxımından kifayət qədər böyük və ciddi forumdur”.
Qeyd edək ki, WUF13 çərçivəsində dayanıqlı şəhərsalma, “ağıllı şəhər” modelləri, yaşıl enerji, nəqliyyat infrastrukturu və urbanizasiya məsələləri geniş şəkildə müzakirə olunur. Forum Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfədir keçirilir.
Deputatın sözlərinə görə, tədbir Azərbaycanın müasir infrastruktur imkanlarının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır: “Bu forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu sahədə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin əsas keçiriləcəyi məkan paytaxt Bakıdır, amma eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni şəhərsalma modellərinin də WUF13 vasitəsilə təqdimatı həyata keçiriləcək”.

V.Bayramov vurğuladı ki, forum turizm və xidmət sektorunun inkişafı üçün də əlavə imkanlar yaradır: “Bir tərəfdən 35 mindən çox nümayəndə heyəti gəlib ki, bu, turizm və xidmət sektoru baxımından kifayət qədər ciddi rəqəmdir. Digər tərəfdən isə uzunmüddətli dövrdə turizmin inkişafına töhfə verəcək”.
Forum çərçivəsində Azərbaycanın qeyri-neft sektorunun və investisiya imkanlarının təqdimatı da əsas istiqamətlərdən biri kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu cür beynəlxalq tədbirlər ölkənin iqtisadi potensialının tanıdılması baxımından mühüm rol oynayır.
Deputat hesab edir ki, WUF13 xarici sərmayənin cəlb edilməsi baxımından da Azərbaycan üçün yeni imkanlar yarada bilər: “Bu, sərmayənin cəlb edilməsi aspektindən vacibdir. Xüsusən də qeyri-neft sektoruna sərmayənin cəlb edilməsinə imkan yarada bilər. Çünki bu, qeyri-neft sektorunun və infrastrukturunun təqdimatıdır. İnfrastrukturun təqdimatı isə nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına önəmli bir töhfədir”.
V.Bayramov əlavə etdi ki, COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri olan WUF13 həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də iqtisadi inkişaf hədəflərinin reallaşmasına xidmət edir.
“Xüsusən xarici sərmayənin cəlb edilməsi yeni dövrün əsas hədəflərindəndir. Bunun üçün vacib məqamlardan biri ölkənin potensialının və infrastruktur imkanlarının təqdimatıdır. Bu tədbir də həmin təqdimatın reallaşmasına töhfə verəcək”, - deyə millət vəkili sonda vurğuladı.
Müəllif: Adəm Abbaslı
-
Region10:02Tarixdə ilk: Ermənistan silah satdı
-
İqtisadi gündəm09:50Rubl rekord həddə bahalaşdı: Ekspertlər xəbərdarlıq etdi
-
Rəsmi xronika09:20İlham Əliyev: Bizim təcrübəmiz yenidənqurma üçün bir nümunə ola bilər
-
MDB08:12"Qiyamət radiosu"ndan yeni sirli mesaj - Bu dəfə elə bir vaxta təsadüf etdi ki...
-
MDB07:35Putin Ermənistana ordu göndərəcək? - Qalmaqallı yeni qanun
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var













.jpg)





















.jpg)



