Dünya
YPG sözünü tutmadı: Münaqişəyə hazırlıq - Təmas xəttinə minlərlə terrorçu yığıldı
Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG yeni terrorçular və silah-sursat toplayaraq böyük qarşıdurmaya hazırlaşır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilata yaxın mənbələr bildirib.
Onların sözlərinə görə, Deyr əz-Zor, Raqqa, Tabqa, Mənbic və digər bəzi bölgələrin cəbhələrinə çoxlu sayda terrorçu, silah və sursat göndərilir. Təşkilatın sıfırdan yenilənmə prosesinə İrandan dəstək verildiyi də iddia edilir.
Hətta İran və İraqdan gələnlərlə yenidən qurulan təşkilatın iştirakçılarının sayı artıq 50 mini keçib. Mənbələr iddia edir ki, təşkilat ortaq strategiya çərçivəsində Suriya, Türkiyə və İraq hökumətlərinə təsir etməyi hədəfləyir.
Həmçinin qeyd olunur ki, YPG müxtəlif qrupları özündə birləşdirərək Dəməşqə alternativ mərkəz olmaq niyyətindədir. Qısamüddətli təlimlərlə hazırlaşdırılanlar artıq təmas xəttlərinə yerləşdirilib. Bəzi mövqelərdə yeni düşərgələr yaradılıb və bura qatılanlara 300 dollar maaş verilir.
Karakozak-Tişrin xəttinə xüsusi önəm verən təşkilat bu bölgənin məsuliyyətini 1994-cü ildən PKK-nın tərkibində olan Cəmil Habada həvalə edib. “Bozan R.” kod adlı terrorçunun açıqlamalarına görə, yeni quruluşda druz və nüseyrilərə daha çox önəm verilərkən, SDQ-nin tərkibindəki ərəb ünsürlər etibarsız hesab edilir.
SDQ-də yüksək vəzifə tutan İbrahim Abdullah da təşkilatın bütün hazırlıqlarının müdafiə üçün deyil, birbaşa hücum üçün olduğunu bildirib.
Roza
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!


















.png)



.webp)
.jpg)











