Dünya
Danimarka ABŞ-a icazə verdi: Hərbi bazalar yaradacaq
Danimarka parlamenti ABŞ-a ölkədə hərbi bazalar yerləşdirməyə icazə verən və Amerika tərəfinə üç Danimarka hərbi bazasına çıxışı təmin edən sazişi təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "Local Denmark" qəzeti məlumat yayıb.
"ABŞ-a Danimarkada hərbi bazalar yaratmağa icazə verən mübahisəli müdafiə sazişi aylarla davam edən müzakirələrdən sonra parlament tərəfindən rəsmi olaraq təsdiqlənib", - məlumatda deyilir.
Qeyd edilib ki, saziş ABŞ-a Danimarka ərazisində qoşun və hərbi bazalar yerləşdirməyə, habelə hərbi texnika saxlamağa imkan verir. Sənədə əsasən, ABŞ tərəfi Danimarkanın üç hərbi bazasına - Karup, Olborq və Skridstrupa çıxış əldə edir.
Qəzet yazıb ki, saziş Danimarka suverenliyinin elementlərinin ABŞ-a ötürülməsinə görə tənqid edilib və müxalif partiya parlamentdə yekun oxunuşdan və səsvermədən əvvəl ona qarşı çıxıb.
Nəşr ABŞ-la Müdafiə Əməkdaşlığı Sazişinin (DCA) 2023-cü ilin dekabrında ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə bağlandığını və daha sonra “Ukrayna münaqişəsi kontekstində” bunun mübahisələrə səbəb olmadığını açıqlayıb.
“Lakin sonrakı hadisələr, xüsusən də Prezident Donald Trampın Qrenlandiyanı ələ keçirmək istəyi Vaşinqtonla Kopenhagen arasında münasibətlərin dəyişməsinə və hakimiyyətin ABŞ administrasiyasına ötürülməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub”, – məqalədə qeyd olunur.
Adəm
-
MDB11:03Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI
-
MDB08:12Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI
-
İdman08:00Keçmiş hücumçu 45 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin205:45Serenay Sarıkayanın 425 minlik kürkü
-
Magazin101:41Monika Belluççi qala gecəsinə elə köynəkdə qatıldı ki... - FOTO













.jpg)

.jpg)





















