Dünya
Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranla bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, Zaxarova Rusiyanın regionda milli suverenliyi gücləndirməyə və müdafiə qabiliyyətlərini inkişaf etdirməyə davam edəcəklərini bəyan edib.
O, ABŞ-ın İranla ticarət edən ölkələrə tarifləri 25 faizə qaldırmaq qərarına münasibət bildirib: "Rusiya suveren dövlətlərə qarşı tətbiq edilən birtərəfli, qanunsuz sanksiyaları beynəlxalq hüququn pozulması hesab edir və tanımır".
Sözçü, Rusiya və İranın enerji də daxil olmaqla müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığa sadiq qaldığını vurğulayıb: "Biz bütün ölkələrlə ticarət əlaqələrini üçüncü ölkədən gələn təhdidlərə deyil, milli maraqlarımıza əsaslanaraq inkişaf etdirməyi hədəfləyirik".
Zaxarova iddia edib ki, ABŞ da daxil olmaqla Qərb ölkələri İrandakı rejimi dəyişdirmək üçün hər vasitədən istifadə etməyə çalışırlar.
Roza
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI
-
MDB08:12Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI
-
İdman08:00Keçmiş hücumçu 45 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin205:45Serenay Sarıkayanın 425 minlik kürkü
-
Magazin101:41Monika Belluççi qala gecəsinə elə köynəkdə qatıldı ki... - FOTO
-
Sosial01:11Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA - VİDEO




































