Mbappe "Real"ın növbəti oyununda iştirak edə biləcək?
Bizi izləyin

İdman

Mbappe "Real"ın növbəti oyununda iştirak edə biləcək?

"Real"ın hücumçusu Kilian Mbappe La Liqada komandanın "Levante"yə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Fransız futbolçu İspaniya Superkubokunda "Barselona"ya qarşı matçın (2:3) son dəqiqələrində zədədən sonra meydana qayıtsa da, sonradan onun dizindəki zədədən tam sağalmadığı məlum olub.

Tibbi heyət mümkün ağırlaşmaların qarşısını almaq üçün Kilianı qorumaq qərarına gəlib. Bu səbəbdən Mbappe şənbə günü, yanvarın 17-də "Levante" ilə oyunda forma geyinməyəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm