Nida Xəbər
Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO
Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir.
Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını bildirirlər.
Publika.az “Qafqazinfo”ya istinadən dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranın ali lideri Seyid Əli Xameneiyə illər öncə elə yanındaca məsləhət xarakterli dediyi şeiri təqdim edir:
Bir gün ağız qalır boş, bir gün dolu dad olur,
Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur.
Bəxtin dursa, görərsən yadlar qohum-qardaşdır,
Amma bəxtin yatanda qohum-qardaş yad olur.
Çalış adın gələndə, rəhmət oxunsun sənə,
Dünyada səndən qalan axırda bir ad olur.
Gördün işin əyildi durma əkil, gözdən it,
Dostun görər darıxar, düşmən görər şad olur…
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı
-
Qoroskop13:022026-cı il onlardan yana olacaq - Ən şanslı bürclər
-
Avropa12:24Rusiya şəhərlərini raketlərlə hədəf almışıq: Makron etiraf etdi
-
MDB11:03Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI
-
MDB08:12Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI









.jpg)
.jpg)
























