Dünya
Bu ölkədə hökuməti zorla devirmək cəhdinin qarşısı alındı
Serbiyada konstitusiya quruluşunun zorakılıqla devrilməsini hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) dəstəyi və Belqrad Ali Prokurorluğunun tapşırığı ilə iyunun 21-də saxlanılıblar.
Həmin şəxslər Kralyevo şəhərindəki oteldə görüşüb Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planını müzakirə ediblər. Onlar odlu silahdan istifadə etməklə dövlət qurumlarının nümayəndələrinə hücum etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, hökumət binalarına, digər dövlət qurumlarına, habelə Serbiya Radio və Televiziyasının (RTS), eləcə də bir neçə KİV-in redaksiyalarına soxulmağı planlaşdırblar.
Şübhəlilərdən birinin avtomobilindən seriya nömrəsi silinmiş tapança, içərisində 7 ədəd patron olan maqazin və 25 ədəd əlavə patron olan qutu tapılıb.
-
MDB20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO
-
Hadisə20:12Nəsimi Nəbizadənin qardaşı həbs olundu - YENİLƏNDİ
-
Nida Xəbər 19:20Azərbaycanda bu vəzifələr LƏĞV EDİLDİ
-
İdman19:00Makqreqor indi də ona “ilişdi”: 10 saniyəyə məğlub edərəm
-
Nida Xəbər 18:10Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı ŞOK QƏRAR
-
Yaxın Şərq16:59İsrail ordusu hərəkətə keçdi: Hədəf oradır
-
Rəsmi xronika15:51İlham Əliyev sərəncam imzaladı
-
Maraq dünyası15:10Həyatında kəskin dönüş olacaq BÜRCLƏR












.webp)






















