Dünya
Kleopatra reseptləri
Hamısının bir ucu Kleopatraya gedib çıxır
Bir anlıq düşünək ki, bəşəriyyət kosmetika, parfümeriya, baxım və
gigiyena vasitələrindən istifadə eləmir. Dünyanın estetik
görünüşünü boş verin, bütün dünya iqtisadiyyatının vəziyyəti indi
başqa cür olardı.
Ən ucuzundan, canqurtaranından tutmuş, brendləşərək fantastik
qiymətlərə satılan bu “min cür xırdavat”ın hər növü, hər çeşidi ən
müxtəlif vaxtlarda, ən müxtəlif ölkələrdə, ən müxtəlif insanlar
tərəfindən icad olunub, yaradılıb, ilkin versiyasından bu günki
halına gətirilib.
Ətirlər, bədən yağları, dodaq boyaları, sürmələr, ənlik-kirşan,
təravətləndirici maskalar, sabunlar, tərönləyicilər, hətta qadın
bezləri...
Bir gözəllik layihəsi ilə bağlı bütün bu məhsulların tarixçəsini
araşdıranda, qəribə (əslində, onun həyatını bilən adam üçün qəribə
gəlməməli idi) bir şeyə təsadüf elədim. Bu məhsulların az qala
hamısının ilkin, ibtidai tarixçəsi Misir hökmdarı və tarixin ən
gözəl, ən maraqlı qadını Kleopatranın adı ilə bağlı olurdu.
Məsələn, bu günki halına Fransada gətirilmiş, bu ölkədə inkişaf
yolunu keçmiş və Fransaya «gözəl ətirlər ölkəsi» adını qazandırmış
parfümün ilkin reseptləri Kleopatranın məqbərəsindən
tapılıbmış.
Onun reseptləri olduqca ibtidai imiş: xoş ətirli çiçəklərin sıxıb,
yağını çıxarır, mayenin uzun müddət qala bilməsi üçün o müəyyən
bitkilərlə, ədviyyatlarla qarışdırırdılar. Qarışımların müəllifi,
istifadəçisi və qoruyucusu isə gözəl hökmdar qadının özü idi.
Qoltuqda soyulmuş alma...
O, öz dərisini, bədənini təravətli, gözəl saxlamaq üçün sarayında
böyük bir «ordu» saxlayırdı. Dünyanın müxtəlif ölkələrindən gəlmiş
loğmanlar ona bitkilərin, onların qarışımının xüsusiyyətini izah
eləyir, bu bitkiləri toplayır, hökmdarlarının fantaziyalarına tələb
verəcək şəfalı mayelər, dərmanlar, kosmetik vasitələr
hazırlayırdılar.
Bədəni ətirli yağlarla ovuşduraraq, dərinin təravətli, cavan və
gözəl saxlamaq fikri də Kleopatraya aid idi. Hökmdar qadının
hamamxanasında bitki vannaları, ətirli buxaravermələr, müxtəlif
bitkilərin qarışımından hazırlanmış maska prosedurları saatlarla
vaxt aparırdı.
Su-kanalizasiya sisteminin hələ olmadığı, olan sistemlərin də hələ
ibtidai vaxtlarında insanların qarşısında dayanan ən çətin məsələ
yuyunmaq dərdi idi. Hamam ancaq ən varlı adamların özlərinə icazə
verə biləcəkləri lüks idi. Vaxt o vaxt idi ki, insanların sosial
statusu təkcə əyin-başından deyil, həm də ondan gələn qoxudan
bilinirdi. Varlılar təmiz olurdu, kasıblardan isə pis qoxu
gəlirdi.
Amma ən yaxşı hamamxanalar quraşdırmış varlıların da işi çətin idi.
yaxıb-yandıran Misir günəşinin altında onlar qalın paltarlar
geyinməyə məcbur olurdular, bu isə durmadan tərləmək demək idi.
Bunun çarəsini tapan (böyük ehtimalla tapdıran) da Kleopatra
olmuşdu. Bu çarə də olduqca ibtidai idi - bədənə, qulaqların
dibinə, qoltuqların altına sərinlik effekti verən bəzi bitkilərin
və meyvələrin ya özü, ya qabığı, ya da yağı sürtülürdü.
Orta əsrlərdə Fransız əyan-əşrəflərinin qadınları qoltuqlarının
tərləməməsi üçün qabığı soyulmuş almanı bütöv şəkildə qoltuqlarına
gəzdirirdilər - bir alma bir gün ərzində qoltuğun bütün tərini
özünə hopdurmağa və ətrafa xoş qoxu yaymağa qadir idi. Və kübar
Fransz qadınları bu üsulun Kleopatra reseptlərindən birinin təhrif
olunmuş versiyası sayırdılar.
Ilk qadın bezi də onun kəşfi idi
Qadınların həyatını dəyişən, onlar üçün bəzi günlərdə yaşamağı
asanlaşdıran qadın bezinin də ilk versiyası Kleopatranın məharəti
idi. Onun əmri ilə hazırlanmış ilk qadın bezi yaxşı işlənmiş,
keyfiyyətlə və ətirli papirus kağızın və yumşaq otlardan hazırlanan
tampondan ibarət idi.
Tarixdə sevgi vampiri kimi qalan Misir Hökmdarı həm də əsl bitki
vampiri idi. Sadə ölümlülərin ancaq yemək üçün istifadə elədikləri
bitkilər, hətta heyvanlar onun əlinə düşəndə təyinatını,
quruluşunu, tərkibini tamam dəyişmiş olurdu.
Ehtimallara görə, hökmdarın ölümü də ömrü boyu əsiri olduğu
gözəllik sərhədlərindən kənara çıxmadı. Yəni necə yaşamışdısa, elə
də öldü. Gözəl, şıq və qorxunc bir tərzdə - ilan zəhəri ilə.
Rəvayətə görə, intihar eləmək istəyən hökmdar qadın öz gözəl
boynunu diri və zəhərli ilanın dişinə batırmaqla ölüb.
Xoşbəxt olmaga qoymayan burun
Aradan əsrlər keçdi, zaman dəyişdi, amma insanın, xüsusilə də
qadının gözəl, baxımlı olmaq, cavan qalmaq arzusu dəyişmədi. Hətta
gündən-günə daha da gücləndi. Kleopatranın qədim üsulları ilkin
versiyasını dəyişərək, mürəkkəbləşsə, bir çox kənar şeylərlə
zənginləşdirilsə də, dünyada ən estetik məhsulların adı Misirin
gözəl hökmdarının adına yaraşdırıldı.
Kleopatranı bu qədər gözəl olmaq ehtirasının, dərisini, bədənini
təravətli saxlamaq arzusunun bu qədər çılğın olmasının səbəbi nə
idi? Hər şey çox sadədi: məgər dünyanın ən sıradan qadınında da bu
ehtiras yoxdurmu?
Xoşbəxt tale yaşamaq olar. Amma gözəl deyilsənsə, bu xoşbəxtlikdən
dad ala bilmirsən. Gözəllik - qadının özünəinamının təminatı, onun
ən güclü silahı, heç bir vəchlə vaz keçmək istəmədiyi sərvətidir.
Qadının əsl xoşbəxtliyi - birinci növbədə, onun
gözəlliyindədir...
Kleopatranın burnu isə xoşbəxt olmaq üçün kifayət eləmirdi...
Sahilə
Publika.Az
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...