Dünya
Kamçatka zəlzələsindən sonra sunami Yaponiyaya çatdı
Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyanın Hokkaydo adasının sahillərinə hündürlüyü təxminən 30 santimetr olan sunami çatıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.
Dalğa Hokkaydonun şərq ucunda yerləşən Nemuro liman şəhərində qeydə alınıb. Seysmoloqlar xəbərdarlıq ediblər ki, sunami bir neçə dalğa şəklində gələ biləcəyi üçün hündürlüyü üç metrə çatan sunami təhlükəsi qalmaqdadır.
Hakimiyyət ictimaiyyəti ayıq-sayıq olmağa və sunami təhlükəsi tamamilə aradan qaldırılana qədər sahilyanı əraziyə qayıtmamağa çağırıb.
Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyanın bütün Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edilib. Bununla əlaqədar olaraq ölkənin mərkəzi və şimal-şərq hissəsində Şinkansen yüksək sürətli qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Hüseyn İbadlı
-
İdman20:02Tarixinin ikinci bahalı transferi - “İnter Mayami” onu aldı
-
Ekologiya18:24Fevralın 3-dən 7-dək... - Alimlərdən XƏBƏRDARLIQ
-
MDB17:29Rusiya dronlarına internet zərbəsi - FOTO
-
ABŞ16:59Epşteyn Rusiyaya işləyib? - Şok detallar
-
MDB16:49Doğum evi vuruldu, yaralananlar var
-
Magazin216:09Məşhur reperin nəvəsi öldü - FOTO
-
Qarabağ 14:49Xankəndi sakini: "Gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım"
-
Yaxın Şərq12:47Rəfah keçid məntəqəsi açıldı






.jpg)























.jpg)






