Dünya
ABŞ təəccüb içində: Putin Çinə görün hansı hədiyyə ilə gedir
Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Çinə səfər edəcək. O, Pekində keçiriləcək sammit və hərbi paradda iştirak etməzdən əvvəl Çinə xüsusi hədiyyə təqdim etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri yazıb.
Hədiyyə Rusiyada istehsal olunan PD-14, PD-8 və PD-35 təyyarə mühərrikləri ola bilər. Sözügedən mühərriklər əsasən Çin istehsalı olan C919 təyyarələri ilə əlaqələndirilir.
Ekspertlər hesab edirlər ki, ABŞ-la ticarət müharibəsi fonunda Çinin yüksək texnologiyalara çıxış imkanları məhdudlaşıb və Moskvanın təklif etdiyi alternativ Pekin üçün strateji əhəmiyyət kəsb edir. Lakin bunun ABŞ tərəfindən necə qarşılanacağı da sual doğurur.
Daha əvvəl “Rostec” də bəyan etmişdi ki, əgər Pekin müraciət etsə, Rusiya Çinə təyyarə mühərriklərini tədarük etməyə hazırdır.
Çin mediası Putinlə Si Cinpinin görüşünü “tarixi” adlandırır.
Akqabay
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO





























