CHP-də gərginlik artır: Kılıçdaroğlu tərəfdarları hərəkətə keçdi
Bizi izləyin

Dünya

CHP-də gərginlik artır: Kılıçdaroğlu tərəfdarları hərəkətə keçdi

CHP-də gərginlik artır: Kılıçdaroğlu tərəfdarları hərəkətə keçdi

CHP-nin İstanbul Konqresində seçilmiş sədr və idarə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı yeni gərginlik yaşanıb. İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi müvəqqəti icra heyəti təyin edib. CHP qərargahı isə məhkəmənin qərarına sərt reaksiya verərək, heyətə daxil edilən Gürsel Tekinin partiyadan xaric edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “CNN Türk”ün Ankara təmsilçisi Dicle Canova qərardan sonra CHP-də yaşanan pərdəarxası prosesləri şərh edib.

Onun sözlərinə görə, sabiq sədr Kamal Kılıçdaroğlunun tərəfdarları partiya rəhbərliyinin İstanbul üzrə mövqeyini qəbul etmədiklərini bəyan edib.

“Kılıçdaroğlu cəbhəsinə yaxın şəxslər Gürsel Tekinin partiyadan çıxarılmasını qanunsuz sayır və bu addımı etibarsız hesab edirlər. Onların fikrincə, partiyada kiminsə məhkəmə qərarı ilə vəzifəyə gətirilməsi hüquqi əsas daşımır. Bununla yanaşı, Kılıçdaroğlu tərəfdarları gərginliyin qarşıdurmaya çevrilməməsi üçün uzlaşma mesajı da veriblər. Əgər razılıq əldə olunarsa, Gürsel bəy də Özgür Çelikə səs verəcək. Yəni savaşmaq əvəzinə əməkdaşlıq yolu ilə seçki keçirilməlidir”, - deyə Canova qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm