Dünya
Kim Çen In “gizli silah”la meydan oxuyur - Rəsmən elan etdi

Şimali Koreya lideri Kim Çen In yeni məxfi silah əldə etdiklərini və müdafiə sahəsində əhəmiyyətli irəliləyiş qazandıqlarını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Biz yeni gizli silah əldə etmişik. Həmçinin müdafiə elmində tədqiqat və inkişafda əhəmiyyətli nailiyyətlərimiz var. Bu, hərbi gücümüzün daha da irəliləməsinə böyük töhfə verəcək", - Kim Çen In vurğulayıb.
O, Şimali Koreyanın çoxməqsədli esmineslər istehsal edərək dəniz gücünü artırdığını qeyd edib: "Partiyamız və hökumətimiz ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində davamlı və sürətli irəliləyişlər əldə edir".
Qeyd edək ki, bir neçə gün öncə ölkədə Kim Çen Inın nəzarəti altında pilotsuz silah sınaqları keçirilib. Sınaqlardan sonra Kim bildirib ki, süni intellekt silahlı qüvvələrin modernləşdirilməsi üçün həyati əhəmiyyət kəsb edir.
Roza

-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Sosial09:36
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
-
Dünya09:18
Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
-
Hadisə08:48
Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya08:36
İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI
-
Region08:00
Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı - FOTO