İdman
Toral Bayramovdan ilk

Azərbaycan Premyer Liqasının 5-ci turu mövsümün ilk het-triki ilə əlamətdar olub.
Publika.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.
Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.
Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.
İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.
Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.
Heybət

-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Sosial09:36
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
-
Dünya09:18
Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
-
Hadisə08:48
Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya08:36
İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI
-
Region08:00
Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı - FOTO