ABŞ ərəbə möhtac qaldı: Misirli milyarder görün nə qədər pul yatıracaq - FOTO
Bizi izləyin

Dünya

ABŞ ərəbə möhtac qaldı: Misirli milyarder görün nə qədər pul yatıracaq - FOTO

Dünyanın ən zəngin ərəbi hesab edilən misirli milyarder Nassef Saviris yenidən biznes qurmaq qərarına gəlib. O, ABŞ hökumətinə maliyyə yardımı etməyi planlaşdırır və bu ölkədə infrastrukturun inkişafı layihələrinə 50 milyard dollar sərmayə qoymağı düşünür.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Milyarder kimya istehsalı ilə məşğul olan "OCI Global" şirkətinin sahibidir. O, öz şirkətini ailəsinin tikinti holdinqi olan "Orascom Construction" ilə birləşdirməyi planlaşdırır. Yeni şirkət Əbu-Dabidə (BƏƏ) qeydiyyatdan keçəcək. Bundan sonra o, həm öz kapitalını, həm də tərəfdaşlarının kapitalını Amerika infrastrukturunun inkişafına sərmayə qoymağa başlayacaq.

Qeyd edək ki, Nassef Saviris misirli sahibkardır, ölkənin ən varlı ailəsinin başçısı Onsi Savirisin üç oğlundan biridir. 1950-ci illərdə o, böyük beynəlxalq konqlomerat "Orascom"a çevrilən tikinti şirkətini qurub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm