Minlərlə zəlzələnin səbəbi məlum oldu: Görün nə imiş
Bizi izləyin

Dünya

Minlərlə zəlzələnin səbəbi məlum oldu: Görün nə imiş

2025-ci ilin əvvəlində Yunanıstanın Santorini adası və ətrafında qeydə alınan 28 mindən çox zəlzələnin səbəbi məlum olub.

Publika.az xəbər verir ki, bununla bağlı Almaniyanın “GEOMAR Helmholtz” Okean Tədqiqatları Mərkəzi araşdırma aparıb.

Məlum olub ki, bu seysmik aktivlik Yer qabığının dərinliklərindən qalxan maqma axını ilə bağlıdır. Nəticələrə görə, təxminən 300 milyon kubmetr maqma dərinlikdən qalxaraq dəniz dibinin 4 kilometr dərinliyinə çatıb.

Bu prosesdə maqma ətrafdakı qayaları sındıraraq minlərlə xırda və 5 bal gücündə zəlzələlərə səbəb olub. Mütəxəssislər bildirirlər ki, maqma hərəkəti Santorini adasında əvvəlcə yüngül yüksəlişə, sonra isə çökməyə yol açıb. Bu, iki vulkan arasında əvvəllər məlum olmayan hidravlik əlaqənin mövcudluğunu göstərir.

GEOMAR alimləri həm seysmik siqnalları, həm də Kolumbo krateri ətrafındakı sensorların məlumatlarını təhlil edərək Egey dənizinin dibində 30 santimetrədək çökmə qeydə alıblar. Bu sayədə maqmanın hərəkət vaxtı, istiqaməti və sürəti yüksək dəqiqliklə izlənilib.

Tədqiqatçılar hesab edir ki, bu məlumatlar gələcəkdə vulkanik fəaliyyətin proqnozlaşdırılması və seysmik təhlükəsizliyin artırılması üçün həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, elmi tədqiqat “Nature” jurnalında dərc olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm