İranla Rusiya arasında imzalanan həmin saziş qüvvəyə mindi
Bizi izləyin

Dünya

İranla Rusiya arasında imzalanan həmin saziş qüvvəyə mindi

Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə rəsmən qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən müqavilə 2025-ci il yanvarın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu, iki ölkə arasındakı əlaqələri hərtərəfli strateji tərəfdaşlığa yüksəldən mühüm mərhələdir. Saziş beynəlxalq koordinasiyadan tutmuş regional təhlükəsizliyə qədər prioritet sektorlar üzrə uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.

Qeyd olunub ki, müqavilə İran və Rusiya xalqlarının köklü maraqlarına xidmət edən dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin dərinləşdirilməsi istiqamətində hər iki ölkə rəhbərliyinin strateji seçimini əks etdirir.

Qeyd edək ki, müqavilənin müddəti 20 ildən sonra bitəcək. Bu müddət başa çatdıqda isə avtomatik olaraq əlavə beş illik uzadılacaq.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm