Onlarla münasibətimiz artıq konflikt formasındadır - Zaxarova
Bizi izləyin

Dünya

Onlarla münasibətimiz artıq konflikt formasındadır - Zaxarova

Rusiya ilə Qərb arasında münasibətlər artıq soyuq müharibə dövründən kənara çıxıb və konflikt formasındadır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Biz artıq fərqli konflikt vəziyyətindəyik. Burada artıq soyuq nəfəs yoxdur, qərblilərin özlərinin dediyi kimi, burada atəş var”, - diplomat qeyd edib.

Zaxarova Qərbdə Rusiyanın iddia edilən pilotsuz təyyarələri ilə bağlı vəziyyəti də şərh edib. Onun sözlərinə görə, bundan yalnız Qərb ölkələri ilə Rusiya arasında birbaşa münaqişəyə haqq qazandırmaq, eləcə də onların hərəkətlərinə avropalıların gözündə bəraət qazandırmaq üçün istifadə olunur.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm