Dünyanın ən quraq səhrası indi belə görünür - Foto
Bizi izləyin

Dünya

Dünyanın ən quraq səhrası indi belə görünür - Foto

Yer kürəsinin ən quraq yerlərindən biri hesab olunan Çilinin şimalındakı Atakama səhrasında çiçəklər açıb.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, cənub yarımkürəsində sentyabrdan noyabr ayına qədər olan dövr yaz hesab olunur, ona görə də bu quraq bölgədə bitki örtüyünün görünməsi fəsillərin dəyişməsi ilə bağlıdır.

Bununla belə, hətta bu vaxt da Atakamada çiçəklənmə nadir bir hadisədir. Bu hadisə bir neçə ildən bir, adətən bu il olduğu kimi, səhraya yağış yağanda baş verir.

Çilidəki Andres Bello Universitetinin bioloqları sərt səhra iqliminə davamlı olan və sentyabrın sonu - oktyabrın əvvəllərində səhra səthini xalça kimi örtən bənövşəyi çiçəkli bitkini müşahidə edirlər. Onlar fərz edirlər ki, bu bitkinin genetik kodu qlobal istiləşmə şəraitində yüksək tələbat olan quraqlığa davamlı məhsullar yetişdirmək üçün açar rolu oynaya bilər. Alimlər hazırda bu fərziyyə ilə bağlı araşdırmalar aparırlar.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında Atakama onilliklərdən sonra ilk dəfə qarla örtüldü. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi bu qeyri-adi hadisələr silsiləsinin səbəblərindən biridir.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm