Yaxın Şərq
İsraillə HƏMAS razılaşdı: Qəzzalılar bayram edirlər - VİDEO
İki ildir davam edən bombardmanlardan yorulan qəzzalılar atəşkəs razılaşmasını qeyd etmək üçün küçələrə çıxıb.
Publika.az xəbər verir ki, oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında İsrail-HƏMAS razılaşmasının birinci mərhələsi ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlayıb.
O, girovların tezliklə evlərinə qayıdacaqlarını, İsrailin isə qoşunlarını “razılaşdırılmış xətt”dən kənara çıxaracağını bəyan edib. Tramp bunu “ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu ölkələr və ABŞ üçün əla gün” adlandırıb.
O, daha sonra “Fox News”a deyib: "Bu, Qəzzadan daha çox, Yaxın Şərqdə sülhdür".
Fələstinin HƏMAS hərəkatının israilli girovlarının (son məlumatlara görə, 20 nəfər) oktyabrın 13-də geri dönəcəyi gözlənilir.
Müqavilə üzrə danışıqlar Qətər, Misir və Türkiyənin vasitəçiliyi, milli təhlükəsizlik müşavirləri və Yaxın Şərq üzrə xüsusi nümayəndələrin iştirakı ilə Misirin Şarm əl-Şeyx şəhərində aparılıb. Plan beynəlxalq təşkilatların, o cümlədən BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında humanitar təşkilatların Qəzza zolağına geniş çıxışını nəzərdə tutur.
Netanyahu razılaşmanı “İsrailin milli və mənəvi qələbəsi” adlandırıb.
HƏMAS razılaşmaları təsdiqləyib, vasitəçi ölkələrə təşəkkür edib və Prezident Trampa göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Eyni zamanda HƏMAS vurğulayıb ki, hərəkat Fələstin xalqının milli hüquqlarından, o cümlədən müstəqillik hüququndan imtina etmir.
Tural
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?












.jpg)








.jpg)




.jpg)










