"Barselona"nın ulduzu ABŞ-də oynamağa qarşı çıxdı: Ədalətsizdir
Bizi izləyin

İdman

"Barselona"nın ulduzu ABŞ-də oynamağa qarşı çıxdı: Ədalətsizdir

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının "Vilyarreal" ilə səfər matçının ABŞ-də keçirilməsini ədalətsiz hesab edir.

Publika.az xəbər verir ki, niderlandlı futbolçunun fikrincə, bu qərar idman prinsiplərinə ziddir:

“Mənim xoşuma gəlmir ki, "Vilyarreal"a qarşı Mayamidə oynayacağıq və bu qərarla razı deyiləm. Bu, turnir baxımından ədalətsizdir. İndi biz səfər oyunumuzu neytral meydanda keçirəcəyik. Bu, mənim xoşuma gəlmir və futbolçular üçün də yaxşı olmadığını düşünürəm”.

Qeyd edək ki, İspaniya La Liqasının 17-ci turuna təsadüf edəcək qarşılaşma dekabrın 20-də Mayamidə oynanılacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm