Xalqımızın fədakarlığı boşa getməyəcək! - HƏMAS
Bizi izləyin

Dünya

Xalqımızın fədakarlığı boşa getməyəcək! - HƏMAS

"HƏMAS" Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə hərəkat bəyanat yayıb.

Bəyanatda bildirilib ki, HƏMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır.

"Biz bir daha təsdiq edirik ki, xalqımızın fədakarlığı boşa getməyəcək və vədimizə sadiq qalacağıq və xalqımızın milli hüquqlarından, o cümlədən azadlıqdan, müstəqillikdən və öz müqəddəratını təyin etmək hüququndan əl çəkməyəcəyik", - deyə qeyd edilib.

HƏMAS dolayı məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib, atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində çalışdığına görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm