Dünya
Rus dilini müdafiə edən deputat saxlanıldı - FOTO/VİDEO

Estoniya hakimiyyəti Latviya Seyminin keçmiş deputatı və Riqa Şəhər Şurasının Sabitlik Partiyasından üzvü Aleksey Roslikovu saxlayaraq ölkəni tərk etməyə məcbur edib.
Publika.az xəbər verir ki, bu barədə latviyalı siyasətçinin “Telegram” kanalında yayımlanan videoda bildirilir.
“Mən avropalıyam və sərhədlər açıq görünür! Amma bu, hər kəs üçün deyil!”, - deyə Seymin keçmiş deputatı videoda qeyd edib.
Roslikovun sözlərinə görə, Estoniya polisi onu Latviyadan olan tərəfdarları ilə görüşə gedərkən saxlayıb. Hüquq-mühafizə orqanları ona Estoniyaya girişin qadağan edildiyini bildirərək immiqrasiya müfəttişlərinə təhvil veriblər.
İmmiqrasiya rəsmiləri Roslikovu və onunla birlikdə ayrı-ayrı avtomobillərdə hərəkət edən yoldaşlarını ölkəni tərk etməyə məcbur ediblər. Siyasətçinin iddiasına görə, Estoniya təhlükəsizlik qüvvələri onunla yalnız rus dilində danışıb. Keçmiş deputat Estoniya polisi tərəfindən Latviya sərhədinə qədər müşayiət olunub.
Qeyd edək ki, Aleksey Roslikov 2025-ci ilin iyununda Latviyada rus dilinin müdafiəsi ilə bağlı çıxışı ilə tanınıb. O, parlament tribunasından “Rus dili bizim dilimizdir!” sözləri ilə çıxış edərək ictimai diqqət qazanmışdı.
Adəm
-
Rəsmi xronika19:00
İlham Əliyev Misirdə Ərdoğanla görüşdü - Video
-
Hadisə18:10
Vəfat edən avtovağzal direktoru hoteldə tək olub? - Detallar
-
Hadisə17:00
Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO
-
Tarix16:33
Nizami dövrünə aid xəzinə: Bağında qurd axtaran adam DƏFİNƏ TAPDI - FOTOLAR
-
Rəsmi xronika15:26
İlham Əliyevlə Paşinyan arasında ayaqüstü görüş - FOTO/VİDEO
-
Qoroskop13:12
Zəngin olmadan ölməyəcək 4 bürc - Onlar pulu maqnit kimi cəlb edirlər
-
İdman12:36
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
-
Sosial11:57
Əli Əsədov yeni qərar imzaladı