Pakistan-Əfqanıstan sərhədində nə baş verir? - Qoşunlar yüksək hazırlıq vəziyyətinə gətirilib
Bizi izləyin

Dünya

Pakistan-Əfqanıstan sərhədində nə baş verir? - Qoşunlar yüksək hazırlıq vəziyyətinə gətirilib

Ötən həftənin sonunda baş verən şiddətli toqquşmalardan sonra Pakistan Əfqanıstanla sərhəddə qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" Pakistanın təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, iki ölkə arasında 2600 kilometrlik sərhəddə bütün keçidlər bağlanıb, sərhədyanı ticarət dayandırılıb.

"Əfqanıstandan gələn səbəbsiz hücumlardan sonra şənbə günündən etibarən bütün keçid məntəqələri bağlanıb. Oktyabrın 12-də axşam saatlarında bir neçə dəfə atışma olub, lakin ümumilikdə vəziyyət sakit idi", - "Reuters" yazıb.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xovarazmi agentliyə sərhəddə vəziyyətin normal olaraq qaldığını təsdiqləyib:

"Pakistan Əfqanıstanın ərazi bütövlüyünü yenidən pozarsa, silahlı qüvvələrimiz ölkənin sərhədlərini müdafiə etməyə tam hazırdır və qətiyyətlə cavab verəcək".

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm