Aİ Putini cəzalandıracaq xüsusi tribunala bu qədər pul ayırdı
Bizi izləyin

Dünya

Aİ Putini cəzalandıracaq xüsusi tribunala bu qədər pul ayırdı

Avropa İttifaqı (Aİ) Rusiyanın ali rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə mühakimə etmək məqsədilə xüsusi tribunalın fəaliyyətinə 10 milyon avro maliyyə ayırıb.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

“Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair dəlillər aydındır. Cəzasızlıq yalnız yeni vəhşiliklərə yol açır. Bu gün biz təcavüz cinayətlərinə görə məsul olanların ədalətdən yayınmamasını təmin etmək üçün xüsusi tribunala ilk 10 milyon avronu ayırırıq”, - Kallas vurğulayıb.

Qeyd edək ki, iyunun 25-də Ukrayna və Avropa Şurası arasında imzalanan saziş əsasında Rusiya prezidenti Vladimir Putinin başladığı müharibəyə görə cavabdehlik daşıyan xüsusi tribunal təsis edilib.

Tribunal rəsmi araşdırma aparacaq, sübutlar toplayacaq və Ukraynaya qarşı təcavüzə görə məsul olan Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinə qarşı ittihamlar irəli sürəcək. Bununla belə, məhkəmə prosesi yalnız Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrov vəzifələrindən getdikdən və toxunulmazlıq statuslarını itirdikdən sonra mümkün olacaq.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm