Ölkədəki iğtişaşlardan sonra prezident "yoxa çıxdı"
Bizi izləyin

Dünya

Ölkədəki iğtişaşlardan sonra prezident "yoxa çıxdı"

Madaqaskar Prezidenti Andri Radzuelina bir həftədən çoxdur ictimaiyyət qarşısına çıxmayıb və onun hazırkı yeri naməlum olaraq qalmaqdadır

Publika.az xəbər verir ki, bunu Hind okeanında yerləşən ada dövlətinin təhlükəsizlik naziri Mandimbini Ayna Randriambelo bildirib.

Ölkədə vəziyyət gərgin olaraq qalır. Bunun səbəbi prezidentin istefasını tələb edən etirazçıların tərəfinə keçən nüfuzlu hərbi bölmələrdən birinin hərbi kompleksi nəzarətə götürməsidir. Bu, böhranın dövlət çevrilişinə çevriləcəyi ilə bağlı narahatlıqları artırıb.

A. Radzuelinanın ölkədən Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə çıxarılaraq əvvəlcə Mavrikiyə, daha sonra isə Dubaya aparıldığı ehtimal olunur. Rəsmi Paris isə bu məlumatları təkzib edir.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib. Nəticədə 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Daha sonra Madaqaskar Prezidenti ölkədəki etirazlar fonunda hökuməti buraxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm