Magazin1
Çiynimdə yuxuya gedir, bütün gecə tərpənməyə belə qorxuram - Emin Ağalarovdan təsirli paylaşım
Xalq artisti Emin Ağalarov qızları Əminə və Afina ilə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, o, qız atası olmağın necə bir hiss olmasından yazıb:
"Mən çox xoşbəxt bir insanam, dörd övladım var, iki oğlum və iki qızım. Yaxınlarda sizinlə Əli və Mikayılın tərbiyəsi ilə bağlı fikirlərimi bölüşmüşdüm, hansı yanaşmanı seçdiyimi demişdim. Şərhlərdə isə Afina və Əminə haqqında danışmağımı istədilər. Soruşdular ki, qız atası olmaq çətindirmi?
İki qızın atası olmaq sözlə ifadə olunmayan bir sevincdir. Sən şərtsiz sevgini hiss edirsən, təkcə onların yaxşıolması üçün hər şeyi verməyə hazırsan. Hər birinə daim eyni şeyi deyirəm: “Sən mənim sevincimsən”, hətta bu ifadə ilə bir mahnı da yazmışam. Oğlanlarla bəzən bir az ciddi olmaq lazım gəlir, amma balaca qızlarla bu mümkün deyil, çünki qızla münasibət tamam başqa cürdür. Evə qayıdıram, o isə artıq qarşıma qaçır, ayaqyalın, şahzadə donunda və mən bu axşam bir sehrbaz oluram. Belə isti anlar çoxdur. Məsələn, çiynimdə yuxuya gedir və mən bütün gecə tərpənməyə belə qorxuram, ya da əlimdən tutub mənə gülməli suallar verir.
Oğlanlarla biz “kişi məsələlərini” müzakirə edirik, qızlarla isə qaranlıqdan necə qorxmamaq və ya mənim üçün xüsusi çəkdikləri rəsmlər haqqında danışırıq. Onlarla diqqətli olmaq çox vacibdir. Və qız tərbiyəsi haqqında hər şeyi bilmək lazım deyil, sadəcə onların yanında olmaq kifayətdir".

-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir










.jpg)



















.jpg)






