İki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var
Bizi izləyin

Hadisə

İki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, qəza Ucar–Zərdab avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Qəza zamanı xəsarət alan iki nəfər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yol-nəqliyyat hadisəsi isə Ucar rayonunda baş verib. Bakı–Qazax magistral yolunda minik və yük avtomobilləri toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm