Elm sərgisində partlayış oldu - 4 nəfər yaralandı
Bizi izləyin

Dünya

Elm sərgisində partlayış oldu - 4 nəfər yaralandı

Argentinada elm sərgisində partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "TN" məlumat yayıb.

Məlumata görə, hadisə Palermo rayonundakı məktəbdə baş verib.

Məktəbdəki sərgidə kimya təcrübəsi partlayışla nəticələnib və 4 nəfərin yaralanmasına səbəb olub. Xəsarət alanlardan üçü azyaşlıdır. Şagirdlərdən birinin anası da yanıq xəsarətləri alıb.

Xatırladaq ki, oktyabrın 10-da da Argentinanın Buenos-Ayres əyalətində yarmarkada oxşar hadisə baş vermişdi. Vulkan püskürməsini imitasiya edən eksperiment zamanı baş verən partlayış nəticəsində 10-dan çox insan xəsarət almışdı.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm