Avropa
“Yüzillik tərəfdaşlıq” sazişi rəsmən qüvvəyə mindi
Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq haqqında saziş rəsmi olaraq qüvvəyə minib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "Facebook"da məlumat yayıb.
Stefançukun sözlərinə görə, o, Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsi Hoyla sazişin mətnini, sənədin ratifikasiyası haqqında qanunu və onun qüvvəyə minməsi barədə notanı təqdim edib.
“Bu gün Londonda saziş rəsmən qüvvəyə mindi. Bu, ölkələrimiz arasında siyasi etimadın, strateji tərəfdaşlığın və sarsılmaz dostluğun möhkəmlənməsinin tarixi anıdır”, – deyə Stefançuk vurğulayıb.
Ali Radanın sədri qeyd edib ki, Kiyev və London uzun illərdir birgə bir çox sınaqlardan keçib və bu gün təkcə Ukraynanın azadlığı uğrunda deyil, həm də Avropanın təhlükəsizliyi və qlobal nizamın qorunması uğrunda mübarizə aparır.
Qeyd edək ki, bu il yanvarın 16-da Ukrayna və Böyük Britaniya yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd iki ölkə arasında əməkdaşlıq çərçivəsini 100 il müddətinə genişləndirir, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrini əhatə edir.
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)












