Türkiyə Suriyaya zirehli texnika bağışlayacaq?
Bizi izləyin

Dünya

Türkiyə Suriyaya zirehli texnika bağışlayacaq?

Xarici mətbuatda Türkiyənin Suriyaya müdafiə sistemləri və zirehli texnika bağışlayacağı barədə iddialar yayılıb.

Publika.az xəbər verir ki, Türkiyə müdafiə mənbələri bu məlumatları təkzib edib.

Mənbələrin bildirdiyinə görə, tələbin Suriya hökumətindən gəldiyi, bunun bağış deyil, satış xarakteri daşıdığı qeyd olunub.

Türkiyə mətbuatının yazdığına görə, Suriya əsasən hava hücumundan müdafiə sistemləri almaqda maraqlıdır. Bundan əlavə, zirehli texnika, pilotsuz uçuş aparatları (PUA) və modernləşdirilmiş artilleriya sistemləri də tələblər siyahısına daxildir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm