İdman
Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Azərbaycan Premyer Liqasının 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub. Keçirilən 6 qarşılaşmada 24 qol vurulub.
Publika.az xəbər verir ki, “Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan-Yevlax” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.
PFL-in məlumatına görə, bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.
Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/22 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.
Heybət
-
Sosial15:02
Aqil Ələsgərin keçmiş həyat yoldaşı intihara cəhd etdi
-
Sosial14:45
Məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatdı
-
İdman14:07
Qadın futbolunun yeni ulduzu: Azarkeşlər indi də ona aşiq olub - FOTOLAR
-
Magazin213:53
Keçmiş əri Lopeslə bağlı şok faktları açıqladı: Saysız-hesabsız xəyanətlər
-
Sosial13:10
Taksi sürücülərinə XƏBƏRDARLIQ: Bu tarixdə...
-
Region12:00
Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər - VİDEO
-
Rəsmi xronika11:50
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ11:08
Məxfi Xidmət “ov qülləsi” aşkar etdi: Trampın təyyarəsini izləyirmiş