ABŞ
Oteldə KURYOZ OLAY - Siçovul yatmış qadının dırnaqlarını gəmirdi
ABŞ-ın Las-Veqas şəhərində ac siçan qadının dırnaqlarını yeməklə kifayətlənib.
Publika.az xəbər verir ki, bu barədə "FOX 5 Vegas" məlumat yayıb.
Dezinfeksiya xidmətinin baş menecerinin sözlərinə görə, bir dəfə siçan otel otağında qalan qadının yataq otağına qapının altındakı boşluqdan keçərək daxil olub və onun əl dırnaqlarını qismən gəmirib. Hadisə gecə, qadın yatarkən baş verib.
Mütəxəssis bildirib ki, zərərçəkən qadın həmin axşam “əyləncəli vaxt keçirdiyini” və bəlkə də “bir az çox içdiyini” etiraf edib, buna görə də heç nə hiss etməyib. Qadın yalnız səhər oyanıb və dırnaqlarındakı qəribə izləri görərək otaqda gəmirici olduğunu anlayıb.
“Biz onun hekayəsinə tam inanmadıq, ta ki pilləkənin altında yuva tapana qədər. Orada onun dırnaqlarının parçalarına rast gəlinib, deməli, bu həqiqət idi”, – deyə menecer izah edib
Hüseyn İbadlı
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız



























.png)

.jpg)





