Arda Ukrayna - Azərbaycan oyununda kimə azarkeşlik edib? - Mənim üçün çətindir...
Bizi izləyin

İdman

Arda Ukrayna - Azərbaycan oyununda kimə azarkeşlik edib? - Mənim üçün çətindir...

Ukraynanın "Şaxtyor Donetsk" klubunun baş məşqçisi Arda Turan bu ölkənin yığmasının Azərbaycanla oyunu barədə (2:1) açıqlama verib.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə ukraynalılara azarkeşlik etdiyini bildirib:

"Mənim üçün çətindir, çünki Azərbaycan millisinə böyük hörmətim var. Eyni zamanda, mən burada işləyirəm və özümü Ukrayna xalqının bir hissəsi kimi hiss edirəm. Həmin matçda Ukraynanı dəstəklədim. Mən oyunçularımla fəxr edirəm, İslandiyaya, Azərbaycana qarşı çox yaxşı oynadılar. Rebrovu təbrik etmək istəyirəm. O, əla iş gördü, komandanı dünya çempionatına apara bilər.

Mən Ukrayna millisinin azarkeşiyəm. Çox yaxşı oynadılar. Düzdür, indi onlar üçün asan deyil, çünki hər gün səyahət edir, başqa ölkədə oynayırlar. Emosional baxımdan çox çətindir. Amma mən öz oyunçularıma və bütün ukraynalı futbolçulara ürəkdən hörmət edirəm. Çox yaxşı komandanız var".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm